XƏBƏR LENTİ

30-03-2017 13:29 ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА 16-03-2017 10:53 Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti 6-03-2017 13:47 “Ataya məktub” 6-03-2017 13:24 Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu 3-03-2017 14:43 BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU 24-02-2017 14:45 VƏTƏN DAŞI VƏ AĞRI YADDAŞI 24-02-2017 12:43 “XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ” 15-02-2017 15:09 Aqşin Babayev - “Səhnə. Ekran. Efir”. 14-02-2017 12:37 MİLLİ VİCDANIN QƏM İŞIĞI- Gülşən Əliyeva-Kəngərli 14-02-2017 12:25 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma 13-02-2017 12:38 M.Müşfiq (1908-1938) Bədr olmamış hilal 13-02-2017 12:18 Qloballasma prosesinin xarakterik xüsusiyyətləri 13-02-2017 11:57 Milli teatrda - “Qodo həsrətində” 13-02-2017 11:40 Aydın Dadaşov: Rac Kapur. Çarlz Çaplinin izi ilə + FOTO 10-02-2017 16:30 “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın'' 9-02-2017 12:26 Şeirlər 9-02-2017 10:04 Tamaşaçı itkisi... Qazanmaq daha çətin, itirmək daha asan. 8-02-2017 11:24 AMERİKA REJİSSORU, SƏNƏDLİ FİLMLƏR MÜTƏXƏSSİSİ LİSA LEEMANIN USTAD DƏRSLƏRİ BAŞLAYIB 6-02-2017 14:54 Фильм «Судья» о Тофике Бахрамове отмечает юбилей Московской премьере - 50 лет 6-02-2017 13:57 MİLLİ YADDAŞIMIZIN FƏRYADI 13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


“Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj...

29-11-2016 14:14yaradiciliq
Azərbaycan teatr sənətinin inkişaf tarixi və formalaşması eramızdan əvvəllərə gedib çıxsa da, professional sənət abidəsinin əsası 1873-cü ildən qoyulub. Müxtəlif dönəmlərdə müəyyən təzyiqlərə, təhqir və təqiblərə məruz qalan Azərbaycan teatrı, eyni zamanda aktyor və rejissorları bütün çətinliklərə sinə gələrək bu günkü sənət məbədimizin əsasını qoyurlar. Amma və lakin ilk olaraq onu qeyd edim ki, teatrımız yarandığı gündən, sənətkarlarımız səhnəyə çıxdıqları andan təhqirlərə, “altdan yuxarı baxanların” kinayəli sözlərinə tuş gələrək, inkişaf etmiş, bütün bunlara məhəl qoymadan öz sözlərini deməyi bacarmışlar.
Əgər bir yerdə təhqir və tənqid varsa, deməli orda iş gedir prinsipin teatr sənətinə də şamil etmək düzgün olar zənnimcə. Teatr sənəti birmənalı şəkildə pyeslə paralel inkişaf edir, dramaturqun qələmə aldığı əsər birbaşa səhnədən tamaşaçılara təqdim edilərək, dəyərləndirilir. Təbii ki, pyesin süjeti, ana xətti, mövzusu nə qədər geniş, aktual və məzmunlu olarsa, bir o qədər də səhnə həlli uğurlu alına bilər (burada rejissor və aktyor işinə hələki toxunmuruq, yalnız və yalnız pyes haqqında danışırıq).
Ölmüş ruhlara su sərpən Azərbaycan dramaturgiyası, cismən “ölmüşləri” də unutmur, dramaturqlar öz əsərlərində onları da yad edirlər. Cismən ölmüşləri, ya ruhən ölüb, cismi dünyada gəzənləri əsərlərinin baş tacı edən dramaturqlar, əslində bütün məmləkəti saran qlobal məsələləri bu vasitə ilə canlandırıb, gələcək oxuculara çatdırmağı qarşılarına əsas məqsəd qoymuşdular. Söhbət Cəlil Məmmədquluzadənin “komediya” adlandırdığı “Ölülər” əsərindən gedir. Cəlil Məmmədquluzadə olduqca geniş dünyagörüşə malik, çox ağıllı, müdrik, zamanla ayaqlaşıb, zamanının cahillərini, avam və xudpəsəndlərini “saymayan” mütəfəkkir düşüncəli ədəbiyyatçı, dramaturq, yazar, jurnalist olub. Amma burda haşiyə çıxaraq qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadə əslində böyük tənqidçi alim, uzaqgörən “falçı”, yuxarılarla “barışmayıb”, aşağılara da özünü yaraşdırmayan, xalqın taleyinə yanan, lakin əlindən “quru pyes” yazmaqdan başqa bir zad gəlməyən filankəs olub. Cəlil Məmmədquluzadənin irsi istər ədəbiyyatşünaslar, istərsə də teatrşünaslar tərəfindən mütəmadi olaraq araşdırılıb, tədqiq edilib, müsbət rəylər, fikir və arzularla vərəqlərə həkk edilib. Əslində, Cəlil Məmmədquluzadə elə “Ölülər”dəki İsgəndərdir, “Anamın kitabı”ndakı Gülbahardır. Cəlil Məmməduquluzadə daha kimdir soruşulsa, demək olar ki, o, məzlum, kimsəsiz və qorxaq millətin qəhrəmanı, qurtuluşa yol göstərən Dədə Qorqududur. O, qələmə aldığı bütün əsərlərində yalnız bir amala xidmət edib: öz elmi savadını və digər qabiliyyətlərini “göstərmədən”, böyük ustalıq və professionallıqla xalqa çıxış yolu göstərsin. Amma və lakin burda yenə haşiyə çıxaraq qeyd edək ki, yatmış xalqı heç Cəlilin əsərləri də oyada bilməzdi... o qədər möhkəm yatmışdılar yəni.... Elə mən də bu gün qələmə aldığım məqaləni bütün terminlərdən, avropasayağı fikirlərdən, söz və cümlələrdən uzaq tutaraq, elə Cəlilin öz dilində, Azərbaycan dilində qələmə alaraq, fikirlərimi paylaşmaq istəyirəm. Hərçənd müasir teatrşünaslıq uydurma avropasayğı terminləri teatr nəzəriyyəsinə gətirməklə “yenilik” və “axtarış” yollarında olmağın ən mühüm amili hesab edirlər, ancaq mən belə düşünmürəm. Yenilik anlaşılmayan dildə, mənasın dərk etmədiyimiz terminləri məqalə və dissertasiyalara gətirməklə olmur, yenilik yeni iş, oxucuların oxuyub “dərk edəcəkləri” bir zad olmalıdır. Əks təqdirdə mənim qələmə aldığım yazının nə mənası ki, onu oxuyan dəqiqələrlə yazacağım terminin hansı dildən götürüldüyünü, məqalənin içində hansı mənanı verdiyini düşünəcəksə? Nə isə... keçək mətləbə... yəni Cəlil və Azərbaycan teatrının inkişaf istiqamətlərinə....
İnkişaf edən zaman çərçivəsində nə Cəlil yaradıcılığı, nə də Azərbaycan teatrı dayanmadan, əzmlə, mətanətlə, böyük eşqlə xalqın xidmətində durur, onların maariflənməsi, yaşamlarının rifahı üçün əllərindən gələni əsirgəmirdilər. Belə bir dönəmdə Cəlil möhtəşəm, mirvari kimi dürr saçan əsərini “Ölülər”i Azərbaycan ədəbiyyatına, ordan da birbaşa milli səhnəmizə ötürməyə müvəffəq olur. 1906-cı ildə qələmə alınmış bu əsərin səhnə yozumu 1916-cı ildə ildə H.Sarabskinin rejissorluğunda tamaşaçılara təqdim edilir. 1966-cı ildə Tofiq Kazımovun rejissorluğunda quruluş verilmiş “Ölülər” isə bir daha öz sözünü deyərək, möhtəşəm rejissor və aktyor işi ilə yaddaşlara həkk edilir.
Bu əsər dünya ədəbiyyatında klassik pyeslər sırasına daxil edilib. Mövzu baxımından analoqu olmayan bu cür əsəri məhz Cəlil Məmmədquluzadə yaza bilərdi. Məhz Cəlil düşüncəsi, təxəyyülü bu qədər böyük amala xidmət etməyə qadir idi. Etiraf edək ki, “Ölülər”lə ölülərin elə öz dilində danışmaq hər dramaturqun iqtidarında olan bir iş deyil. Elə buna görə də “Ölülər” əsəri mövzu baxımından Azərbaycan dramaturgiyasında ilk və son pyes oldu.
Ümummilli lider Heydər Əliyevin “Ölülər” əsəri haqqında qısa, lakin dərinmənalı fikri diqqətimi cəlb etdiyi, eyni zamanda məqamı düşdüyü üçün burada qeyd etməyi özümə borc bilirəm: “ “Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunmuşdur...
Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə bu əsərlə dinin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır. Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqla məşğul olanları ifşa edib, tənqid atəşinə tutubdur”.
“Ölülər” əsəri bütün dövrlər üçün aktual olaraq qalacaq. Zaman dəyişsə də, insan düşüncəsi, fikir və arzuları dəyişməz olaraq qalacaq. Əsər zahirən avam, cahil xalqı oyatmağa xidmət etsə də, əslində cəmiyyətdə düz sözün keçməməsindən, haqq ədalətin kölgədə qalmasından, nahaqqın haqq üzərindəki qələbəsindən, yalana, zinaya din donu geydirərək insanlara təqdim edilməsindən və bu kimi digər qlobal məsələlərdən bəhs edilir.
Zamanın bütün aktual məsələlərini bir arada cəm edən “Ölülər” əsərinə 2016-cı ildə Akademik Milli Dram Teatrının səhnəsində növbəti dəfə səhnə quruluşu verilir. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Azər Paşa Nemətovdur. Bəstəkarı Qara Qarayev, rejissorları Anar Sadıqov, Əlif Cahangirli olan iki hissəli “komediya”da (təxminən 2 saat ərzində) bütün hadisələri tamaşaçılara olduğu kimi çatdırmağa çalışırlar. Hadisələr geniş, çoxşaxəli və çoxqatlı olduğundan iki saat ərzində hər hansısa fikri çatdırmaq, tamaşaçıya lazımi mesajı yollamaq elə də asan məsələ deyil. Rejissor burda mühüm taktikadan faydalanmalı, əsas mövzunu qabardaraq ön plana çəkməlidir. Təbii ki, iki gənc rejissorun səlahiyyətində olan bu tamaşaya sənətdə öz sözünü çoxdan demiş Azər Paşa Nemətov nəzarət edir. Demək üç rejissorun birgə ərsəyə gətirdiyi “Ölülər” digər ölülərdən fərqli və daha baxımlı olmalıdır. Burda haşiyə çıxaraq bir məqamı diqqətə çatdırmaq istərdim. Tarix boyu bütün sənətkarlar sağlıqlarındaykən lazımınca dəyərləndirilməyiblər (Cabir Novruz demişkən sağlığında qiymət verin insanlara). Hüseynqulu Ərəblinskidən ta üzü bu yana səhnədə, öndə olan istər rejissor işinə, istərsə də aktyor ifasına qarşı kəskin tənqidlər, “ağızəymələr”, müxtəlif etirazlar olmuşdur. Bir vaxtlar (təbii ki, sovet dönəmi nəzərdə tutulur) Azərbaycanın böyük dramaturqları, şair və yazıçıları (H.Cavid, C.Cabbarlı, M.Müşfiq və s) böyük təqiblərə, təhqir və təzyiqlərə məruz qalsalar da, bu gün Azərbaycan ədəbiyyatının klassikləri kimi dünyaya təqdim edilirlər. Hətta C.Məmmədquluzadənin özünün belə bir çox əsərlərini “qaraguruhçu” siyasətçilərin gözləri götürmür, həmin yazılara cızma-qara münasibəti göstərirdilər. Hansı ki, bu gün həmin pyeslər teatrlarımızda öndə gedən tamaşaların əsas siyahısını təşkil edirlər. Bunu deməkdə məqsədim odur ki, əgər bir yerdə iş varsa, orda tənqidin olmağı da təbii haldır.
Tamaşada teatrın nəhəngləri Nurəddin Mehdixanlı (Şeyx Nəsrullah), Kazım Abdullayev (Hacı Həsən), Laləzar Mustafayeva (Kərbəlayi Fatma), Sabir Məmmədov (Hacı Baxşəli), Firuz Xudaverdiyev (Hacı Kazım), Rafiq Əzimov (Məşədi Oruc), Hacı İsmayılov (Mirzə Hüseyn müəllim), Anar Heybətov (İsgəndər) və başqaları çıxış edirlər. “Nəhəng” deməkdə məqsədim hər hansısa aktyoru ucaltmaq, səhnədəki qüsurlarını gizlətmək, rejissor yozumundakı xırda-para nöqsanları görməzdən gəlmək deyil, sadəcə olaraq bir anlıq gözlərim önündən Nəcibə Məlikova, Barat Şəkinskaya, Əlabbas Qədirov, Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan keçir və görməkinolentim yenidən bu günə qayıdır. Keçmişlə bugün arasında yaratdığım körpünün də qısa məğzini qeyd edim. Məqsədim keçmişdə də müəyyən tamaşalardakı rollarına görə müxtəlif tənqidlərə məruz qalan sənətkarların bu gün klassiklərin sırasında özlərinə yer tutması, “əlçatmaz” olduqları üçün, həm də “qüsursuz”luq məlakəsinə çevrilmələri danılmaz həqiqətdir. Bu gün Azərbaycan aktyor və rejissorlarının məişət problemləri, ailə qayğıları elə bir həddədir ki, onlar sənətdən daha çox bu kimi boş və mənasız işlərə vaxt ayırmaqla, sənətdən uzaq düşürlər. Ölkəmizin böyük sayda tənqidçiləri Avropa sənətkarlarını bəhbəhlə alqışlayaraq, onların şəninə yerə-göyə sığışmayan “təriflər” söyləyirlər. O zaman da nəzərə almaq lazımdır ki, həmin sənətçilərin aldıqları məvacib və qonorarlar elə bir səviyyədədir ki, bizim “biçarə sənətkarlarımız” iki ya üç ilə o qədər məvacib ala bilmirlər. Qısa bir hekayədə bənnanın öz ev sahibinə “sən verginən ətdən-mətdən, məndə vurum bərkdən-bərkdən” misalı yadıma düşür. Bəli, bizim sənətkarların yaşam tərzləri acınacaqlı haldadır. O haldan çıxıb səhnəyə gələn sənətkarın da bacarığı elə bu qədər olacaq. Mən sənətkarlarımızın məsuliyyətsizliklərinə, laqeydliklərinə əslində bəraət gətirmək istəmirəm. O zaman kimsə kənardan çıxıb deyər ki, bəs H.Ərəblinski, H.Sarabski, Ə.Vəli və digərləri böyük təhqirlərin, tənqid və təqiblərin içində, şəraitsizlikdən, qadın aktrisaların yoxluğundan əziyyət çəkdikləri halda necə teatrı dirçəldə bildilər? Sadəcə olaraq deməyim odur ki, sənətkarın səhnədəki hər xırda uğuruna da sevinib, ona qol-qanad gəlmək, aktyor və aktrisanı alqış sədaları altında həvəsləndirmək, onlara mənəvi dəstək olmaq daha təqdirəlayiqdir.
Akademik Milli Dram Teatrında hazırlanan “Ölülər” tamaşası bu il 60 illiyi qeyd ediləcək xalq artisti Nurəddin Mehdixanlının şəninə həsr edilib. İllərdir gur, şaqraq səsi ilə tamaşaçı diqqətini öz üzərinə cəlb edən Nurəddin Mehdixanlı “Ölülər”də ölmüş cisimləri oyatmağa xidmət edən Şeyx Nəsrullahı oynayırdı. Şeyx Nəsrullah İsfahan lotusudur. Hər gün bir “xurma” yeməsə sabahısı bütün vücudu ağrıdan ona “əziyyət edir”. İslam dinini də əlində “bayraq” edərək, dinə “ləkə” gətirməklə məşğuldur bu İsfahan lotusu... Siğəni böyük savab sayan, cənnətlə dünya arasında “körpü” hesab edən Şeyx Nəsrullah, fırıldaqçı, yalançı, hiyləgər, bir sözlə mənfur obrazdır. Sadə, avam, cahil xalqın iç üzünü Şeyx Nəsrullahın vasitəsilə açan Cəlil Məmmədquluzadə, dövrün iki tip insanlarını bu hissədə qarşı-qarşıya qoyur: avam, sadə, cahil təbəqə və mənfur, şərəfsiz “molla”lar. Cəmiyyətdə idarəçilik zahirən “İslam” qanunları əsasında idarə edilir deyilsə də, əslində heç kəsin Qurani-Kərimdən xəbəri belə yoxdu. Cəmiyyət Qurani-Kərimdən tamamilə bixəbər, məlumatsızdır. Sadəcə olaraq islam dövləti olduğu üçün, hər kəs özünü “müsəlman” adlandırıb, bu vasitəylə istədiyini edir. Mollaların idarəçiliyi altında yaşayan cəmiyyət qətiyyən düz sözü qəbul etmir, oxumuşları “allahsız, dinsiz” hesab edərək özlərindən və digərlərindən təcrid etməyə çalışırlar.
Kefli İsgəndər avam, cahil cəmiyyətin qurbanıdır. Haqq sözü deyən, insanları ayıltmağa çalışan İsgəndər ətrafdakılar üçün qəbuledilməz biridir. Onun gecə-gündüz içməsi, sərxoşluqda dediyi sözlərin hər biri acı həqiqətdir. Ancaq nə çarə ki, İsgəndərin əlindən yalnız içmək gəlir. Özü demişkən belə cəmiyyətin də elə İsgəndər kimi qəhrəmanı olar. İsgəndər obrazı Cəlil Məmmədquluzadənin “özüdür”. Yəni haqq sözü cəmiyyətə çatdırmaq istəyən əslində Cəlil Məmmədquluzadədir. Öz millətinin rifahı, xoşbəxtliyi üçün o, əlindən gələni bütün gücü ilə əsərlərində əsirgəmədən qələmə alır. İsgəndər zamanın mollaları ilə oyaqkən ayaqlaşa bilməzdi. Əgər İsgəndər içməsəydi, dediyi sözləri heç bir molla və dövlət “adam”ları qəbul etməz, elə yerindəcə İsgəndərin başın “əkərdilər”. Buna görə də Cəlil Məmmədquluzadə sonradan yaranacaq neyniyim? necə eləyim? suallarına məhəl qoymadan, İsgəndəri içkiyə aludəçi edir. Başqa cür ola da bilməzdi. İsgəndər sərxoşkən bütün həqiqətləri hayqıra bilərdi. İsgəndər kefliykən “qəhrəman”a çevrilir, İsgəndər sərxoşkən cəmiyyətin 9 yaşlı qıza etdiyi “zorakılığı” həzm edə bilir, İsgəndər sərxoşkən İsfahan lotusunun namussuzluğuna, şərəfsizliyinə göz yuma bilir. Ancaq İsgəndər kefli də olsa susa bilmir. İçdiyi “zəhər tuluğu” onun dilinə tökülüb, xalqı “sancmaqda” davam edir.
Səhnədə kefli İsgəndəri canlandıran Anar Heybətov baməzə oyunu ilə obrazı yaratmağa, ona müasir “ruh” qatmağa çalışır. Anar aktyor kimi bir çox obrazlarda tamaşaçı qarşısında çıxış edib. Bu obrazı da digərlərindən fərqli, maraqlı, məzmunlu və əlçatmaz rollar sırasına daxildir. Anar Heybətovun timsalındakı İsgəndər kifayət qədər sərxoşluğu səhnədə yaşaya bilməsə də, aktyor bacardığı qədər İsgəndər obrazını canlandırmağa çalışdı. Bu obraz aktyorun böyük uğuru hesab edilməlidir. Çünki böyük dühanın əsrarəngiz əsərində, qəhrəman obrazını yaratmaq, cəmiyyətə səhnədən bütün həqiqətləri çılpaqlığı ilə çatdırmaq hər kəsə nəsib olmur. Buna görə də aktyoru sadəcə təbrik etmək, daha əzmlə obrazı yaratmağa həvəsləndirmək lazımdır. Çünki İsgəndər dünənin yox, elə bugünün, sabahın qlobal məsələlərinə səhnədən münasibət bildirən obrazdır. İsgəndər bizim bütün dövrlər üçün aktual şəxsiyyətdir. Sözün həqiqi mənasında şəxsiyyət...
Rejissor yozumunda Kərbəlayı Fatmanı xalq artisti Laləzar Mustafayeva, Nazlını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Xədicə Novruzlu, Zeynəbi isə Rada Nəsibova oynayır. Bu əsər “Şah Qacar” (Ə.Haqverdiyev) pyesindən üç qadın obrazının olması ilə fərqlənir. O dövr üçün bu pyes həm də qadın obrazlarının azlığına görə möhtəşəm pyes hesab edilirdi, çünki səhnədə qadın aktrisaların olmaması teatr üçün problem yaradırdı. Görünür, Cəlil Məmmədquluzadə bu cür mundar düşüncələrin içində batan cəmiyyətdə qadınları arxa plana verməklə onları bir dramaturq kimi “müdafiə” etməyə, Şeyx Nəsrulla kimi fırıldaqçıların “siğə” əməliyyatından uzaq tutmağa çalışırdı. Hər üç aktrisa səhnədə çox görünməsələr də, tamaşanın inkişafına kifayət qədər təsir göstərə bilirlər. Şeyx Nəsrullahın “xurma”, “kişmiş” istəklərini yerinə yetirən bu cahil qadın tayfası da kişilərdən geri qalmır, çöldə gəzib-dolanmağı, dincəlməyi “faciə, biyabırçılıq” hesab edirlər.
Cəlil Məmmədquluzadə bu qadın obrazları ilə cəmiyyətə “gülür”, obrazların kinayəli sözləri ilə onları öz silahlarından vurur. Cəlil müəllim qadın zorakılığına, onların məruz qaldıqları zülmə “komediya” vasitəsilə dırnaqarası gülür, bu gülüşün arxasında isə acı göz yaşları, insan faciəsi dururdu. Cəlil Məmmədquluzadənin bu mövzusu da İsgəndəri kimi hər dövr üçün aktual və vacib məsələlərdəndir. Cəlil Məmmədquluzadənin yuxarıda qeyd etdiyim kimi böyüklüyü də məhz bunda idi. O, bir əsər vasitəsilə neçə-neçə qlobal məsələlərə aydınlıq gətirir, öz pərişanlığını bildirir, canlı “ölülər”ə başsağlığı verir.
Hacı Həsən (Kazım Abdullayev), Hacı Baxşəli (Sabir Məmmədov), Hacı Kərim (Mirzə Ağabəyli), Hacı Kazım (Əjdər Həmidov), Məşədi Oruc (Rafiq Əzimov), Mir Bağır ağa (Elxan Quliyev), Heydər ağa (Elnur Qədirov) və digərləri bu cəmiyyətin özülünü qoymuş axmaq təbəqədir ki, onlarında sayəsində qız-gəlinlər, ana-bacılar ovçunun “şikarına” çevrilirlər. Özlərinin dünyadan anlayışları olmadıqları halda dünyagörmüşlərə xor baxan bu biçarələr cəmiyyətin “qara üzüdürlər”. Bu qara üzlər də elə cəmiyyəti idarə edir, təəssüflər olsun ki, aşağıdan yuxarı, yuxarıdan aşağı hər kəs eyni ağıla xidmət edərək, ətrafı öz zəhərləri ilə zəhərləyib, məhv edirlər.
Cəlil Məmmədquluzadə kişi və qadın münasibətlərinin ən ümdəsini də elə bu əsərdə yaradır. Dramaturq qadına olan sərt, kobud münasibəti çox pis hal kimi təsvir edir, vəziyyəti bu yerə gətirənləri öz kəskin, acı sözləri ilə alçaldaraq, cəmiyyətin içində xar edir.
Cəlil Məmmədquluzadə dövrün “ölülər”i ilə elə “Ölülər”in öz dilində danışır. Gecəsi-gündüzü içki içməkdə olan Kefli İsgəndər, fırıldaqçı Şeyx Nəsrullaha inanan cahil Hacı Həsən, Kərbəlayi Fatma, Hacı Baxşəli, Hacı Kərim, Məşədi Oruc və digərləri dövrün açıq-aydın güzgüsüdür. Bəs belə bir zamanda hər hansısa elmdən, təbabətdən, mədəniyyət və incəsənətdən söhbət gedə bilərdimi? ƏSLA! Həmin “əsla”nın ağır zəncirlərini məhz Cəlil Məmmədquluzadənin möhtəşəm, analoqu olmayan dram əsərləri sındıra bildi.
İsgəndərin dediyi kimi kim ölüdü, kim diri bilmək olmur, gələcək nəsillər də onlara boylanarkən bu sözü deyəcəklər: “Ölülər”......
Tamaşanın rejissorları Anar Sadıqov və Əlif Cahangirli də tamaşada qadın azadlığını, dinin bayraqları altında törədilən faciələri, avamlığın törətdiyi acınacaqlı vəziyyəti qabardaraq, ön plana çəkiblər.
Tamaşada çıxış edən aktyor heyəti də kobud və qaba hərəkətləri, gülünc vəziyyətləri, anlaşılmayan ləhcədə danışıqları ilə Cəlil Məmmədquluzadənin “Ölülər”inə hər kəsin xor baxmasına nail oldular. Aktyor heyəti birmənalı olaraq bir məqamı ön plana çəkməyə çalışdılar: cəmiyyətdə avamlıq, cahillik, elmsizlik, maarifsizlik bundan artıq faciə törədə bilməz.....
Tamilla Əliyeva
ADMİU-nun əməkdaşı, teatrşünas

Ən çox oxunan