XƏBƏR LENTİ

30-03-2017 13:29 ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА 16-03-2017 10:53 Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti 6-03-2017 13:47 “Ataya məktub” 6-03-2017 13:24 Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu 3-03-2017 14:43 BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU 24-02-2017 14:45 VƏTƏN DAŞI VƏ AĞRI YADDAŞI 24-02-2017 12:43 “XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ” 15-02-2017 15:09 Aqşin Babayev - “Səhnə. Ekran. Efir”. 14-02-2017 12:37 MİLLİ VİCDANIN QƏM İŞIĞI- Gülşən Əliyeva-Kəngərli 14-02-2017 12:25 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma 13-02-2017 12:38 M.Müşfiq (1908-1938) Bədr olmamış hilal 13-02-2017 12:18 Qloballasma prosesinin xarakterik xüsusiyyətləri 13-02-2017 11:57 Milli teatrda - “Qodo həsrətində” 13-02-2017 11:40 Aydın Dadaşov: Rac Kapur. Çarlz Çaplinin izi ilə + FOTO 10-02-2017 16:30 “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın'' 9-02-2017 12:26 Şeirlər 9-02-2017 10:04 Tamaşaçı itkisi... Qazanmaq daha çətin, itirmək daha asan. 8-02-2017 11:24 AMERİKA REJİSSORU, SƏNƏDLİ FİLMLƏR MÜTƏXƏSSİSİ LİSA LEEMANIN USTAD DƏRSLƏRİ BAŞLAYIB 6-02-2017 14:54 Фильм «Судья» о Тофике Бахрамове отмечает юбилей Московской премьере - 50 лет 6-02-2017 13:57 MİLLİ YADDAŞIMIZIN FƏRYADI 13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


“Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev

24-10-2016 17:28yaradiciliq, medeniyyet
“Bəyaz pərdənin yakışıklısı” Tarık Akan      Aqşin Babayev
Türkiyənin məşhur aktyoru Tarık Akanın ölümü məni çox sarsıtdı. Yetmişinci illərdə Türk kinofilmlərində gördüyüm, sonralar Bakıda görüşdüyüm Tarık Akan mənim və ailəmin doğma adamı kimi idi. Bunun səbəbi vardı. 1972-1975-ci illərdə mən Türkiyədə işləyəndə oğlum Bakıda qalmışdı. Çünki o, 7-ci sinifdə oxuyurdu. Türkiyədə isə məktəb 4 siniflik idi. Qardaş ölkəyə həyat yoldaşımla və 2-ci sinifdə oxuyan qızımla getmişdim. Oğlum bacımla qalmışdı. Bakıya dönəndən sonra bacım mənə oğlumun bizsiz kiçirdiyi həsrətli günlərdən danışdı və dedi ki, sizin göndərdiyiniz Tarık Akan fotoşəkillləri onu çox sevindirirdi.
Oğlumu sevindirmək, həsrətini ovutmaq üçün nələr etmirdik biz. Ən başlıcası ona çox sevdiyi, uşaqkən filmlərdə görüb bəyəndiyi Tarık Akanın rəngli fotoşəkillərini göndərirdik. Özü də hər məktubda! Üç il ərzində, təsəvvür edirsinizmi, oğluma Tarık Akanın nə qədər fotoşəklini göndərmişdik...
İllər keçdi, yaşa dolduq... Bir gün Tarık Akan Bakıya gəldi. Və... gözləmədiyim halda mənim iş telefonuma zəng vurdu.(O vaxt mən Milli Məclisdə işləyirdim.) Dedikləri indiyəcən xatirimdədir:
-Aqşin bəy! Mən türk aktyoru Tarık Akanam. Telefonunuzu Yazarlar Birliyindən aldım. Sizi narahat etməyimin səbəbi Nazim Hikmətlə əlaqədardır.Biz Nazimə həsr olunmuş film çəkirik.
İnana bilmirdim ki, mənə zəng edən Tarık Akandır. (Türkiyədə ona “Bəyaz pərdənin yakışıklısı” (yaraşıqlısı) deyirdilər.)
Tarık Akan bir də özünü təqdim etdi:
-Siz, Aqşin bəy, bəlkə məni tanımadınız. Mən türk aktyoru Tarık Akanam. Həm də Nazim Hikmət Kültür və Sanat Vakfının yönəticilərindənəm.
Tarık Akanın son cümlələri, görünür mənim onun zəngimə dərhal reaksiya verməməyimlə və onun gözlənilməz zəngindən şoka düşməyimi bilməməyilə bağlı idi.
-Sizi çox gözəl tanıyıram, Tarık bəy, - dedim. – Həm də təkcə mən yox, ailəm, xanımım, oğlum, qızım. Bütün azərbaycanlılar sizi tanıyır və sevirlər.
Tarık Akan mənim sözlərimi sevinc hissilə qarşıladı və dedi:
-Biz istəyirik Nazim Hikmət haqqında çəkdiyimiz filmdə sizin xatirələrinizi verək. Siz Nazimlə görüşmüsünüz, elədirmi?
-Bəli, - dedim - mən hazır, buyurun.
Bir saatdan sonra birlikdəydik. Tarık Akan, Nazim Hikmət Kültür və Sanat Vakfının baş katibi Qiymət xanım Coşkun və çəkiliş qrupu. Mən Nazim Hikmətlə görüşlərimdən, onun yaradıcılığına həsr etdiyim yazılarımdan, Bakıda Nazimin ömür dostu Münəvvər xanımla, oğlu Mehmetlə, bacısı Samiyə xanımla, vaxtilə radioda bir yerdə işlədiyimiz, Nazimin müəllimi hesab olunan Zəkəriyyə Sərtəllə, onun xanımı Səbihə Sərtəllə görüşlərimdən, Türkiyədə işlədiyim illər ərzində Nazimlə bağlı xatirələrimdən söz açdım.
Dediklərimi videolentə çəkdilər. Mən danışdıqca Tarık Akanın mas-mavi gözlərində Nazim Hikmət dühasına sonsuz bir məhəbbət gördüm və buna çox sevindim.
Çay süfrəsi arxasında oğlum Gündüzə göndərdiyim Tarık Akan fotoşəkillərindən danışdım. Sözümün həqiqət olmasını sübut etmək üçün oğlumun iş yerinə zəng vurdum. Tarık Akan dedi:
-Mənim adımı çəkmə. De ki, Türkiyədən qonağım var. Səninlə danışmaq istəyir.
Tarık Akan necə dedisə, elə də etdim. Oğluma zəng vurdum və telefonu Tarık bəyə verdim. Oğlumla aralarındakı mükalimə belə oldu:
-Mərhaba, Gündüz bəy.
-Mərhaba.
-Məni tanıdınmı?
-Üzr istəyirəm, yox, tanımadım…
-Atan Türkiyədə işləyəndə sənə kimin fotoqraflarını göndərirdi?
-Tarık Akanın!
-Tarık Akan mənəm!..
Oğlumun sevincini təsəvvür edirsinizmi? Heç on beş dəqiqə keçmədi ki, mənə Milli Məclisin qəbul otağından zəng vurdu. “Buradayam” – dedi.
Gəldi, Tarık Akanla görüşdü. Bir-birini qucaqladılar. Sankı uzun illərin dostu idilər. Sonra bir xatirə şəkli də çəkdirdik.
... Aradan illər keçib. Bu gün Tarık Akan həyatda yoxdur. Amma xatirəsi yaşayır. Sənəti yaşayır. Türklər hələ televiziya və videoyazılar olmadan əvvəl demişdilər: “Keçmişi dilə gətirən yeganə vasitə rəsmdir,” - yəni fotoşəkildir.
Nə yaxşı ki, fotoşəkillər var... Bu gün Tarık Akanı düşünərkən onun çox sevdiyi əvəzsiz ustad Nazim Hikmətin ölməz misraları yadıma düşdü:
Bu bağça, bu nəmli torpaq, bu yasəmən qoxusu, bu aylı gecə
Parıldamaqda davam edəcək mən ölüb gedincə də...
Çünki o mən gəlmədən, mən gəldikdən sonra da,
Mənə bağlı olmadan vardı...
Və məndə bu əslin surəti çıxdı sadəcə...
Nazim Hikmətin dediyi bu “surət” sənətkar surətidir. Ona görə də əbədidir. Tarık Akanın sənəti və əməlləri kimi!

Ən çox oxunan

ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА  В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА
ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА