XƏBƏR LENTİ

13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB

15-11-2016 14:31universitet
10 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda elmi seminar keçirilib. Seminarda, Təhsil Nazirliyindən nümayəndə, Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin nümayəndəsi, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Giriş sözünü Universitetin rektoru, professor Fərəh Əliyeva açaraq qeyd edib ki, “Hal-hazırda bütün təsisatlarda multikulturalizm mövzusuna həsr olunmuş silsilə tədbirlər keçirilir, Mədəniyət və İncəsənət Universiteti də bu silsilə tədbirlərin sırasına qatılır. – Əslində multikulturalizm və tolerantlıq bunlar qoşa addımlayan anlayışlardır. Çünki multikultural dəyərlər olmayan cəmiyyətdə tolerant münasibət heç vaxt ola bilməz. Tolerantlıq- multikulturalizmin bərqərar olmasında ilkin prinsiplərdən biridir. Azərbaycan mədəniyyətində tarixən hər zaman bu iki məfhum yanaşı olub. Tarixə nəzər salsaq görərik ki, heçbir mədəniyyət xadimi, yazıçı, şair və s. onun yaradıcılığında bu anlayışlara müxalif fikirlər yoxdur. Musiqi irsinə baxsaq, rəssamlarımızın yaradıcılığında hər zaman müxtəlif xalqların, müxtəlif millətlərin mədəniyyəti və incəsənətinə çox həssas münasibət olub, onlar dinlənilib, onlara həmişə dəyər verilib. Və heç bir mədəniyyət xadimində biz bir mədəniyyətin digər mədəniyyətdən üstün olması anlayışına rast gələ bilmərik. Ona görə də tolerantlıq yalnız Azərbaycanda həyat tərzinin ayrılmaz bir hissəsi deyil, məişətdən tutmuş, təhsil, iş yerlərinə qədər eyni zamanda da bizim mənəvi baxışlarımızın təməl daşıdır.”
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
Rektorun çıxışının ardınca, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı “Azərbaycan humanizmin və tolerantlığın beşiyidir” adlı musiqili video-çarx nümayiş olunub.
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
Daha sonra Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli çıxış edərək qeyd edib ki, “Multikulturalizm Mərkəzinin qarşıya qoyduğu məqsəd Azərbaycanda multikultural durumu tətbiq etmək, araşdırmaq və sizlərin, bu sahədə olan alimlərin işlərini təbliğ etməkdi.”
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
Universitetin professor-müəllim heyəti: Fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev – “Milli kimlik və multikultural proseslər”,
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev - “Tolerantlıq demokratik cəmiyyətin atributu kimi”,ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB kulturologiya üzrə elmlər doktoru, dosent Mübariz Süleymanlı – “Multikulturalizmin Azərbaycan modeli” adlı məruzələri ilə çıxış ediblər.
Seminarda çıxış edən, Təhsil Nazirliyinin koordinatoru Elçin Sərdarov – Nazirliyin məktəblərdə və ali təhsil ocaqlarında “multikulturalizm ili” çərçivəsində təlimlər keçirtdiyini qeyd edib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən bu tədbiri Nazirlik və öz adından alqışladığını söyləyib.
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB
Sonda Universitetin prorektoru, professor Məryam Əlizadə mövzu haqqında çıxış edərək, Prezident İlham Əliyevin “Multikulturalizmdə alternativ yoxdur” deyimini vurğulayaraq, multikultural dəyərlərin mədəniyyətin bir prinsipi olmasını qeyd etib. Gələn qonaqlara öz təşəkkürünü bildirib.
ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB

Ən çox oxunan

Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası?
Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası?