XƏBƏR LENTİ

16-03-2017 10:53 Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti 6-03-2017 13:47 “Ataya məktub” 6-03-2017 13:24 Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu 3-03-2017 14:43 BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU 24-02-2017 14:45 VƏTƏN DAŞI VƏ AĞRI YADDAŞI 24-02-2017 12:43 “XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ” 15-02-2017 15:09 Aqşin Babayev - “Səhnə. Ekran. Efir”. 14-02-2017 12:37 MİLLİ VİCDANIN QƏM İŞIĞI- Gülşən Əliyeva-Kəngərli 14-02-2017 12:25 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma 13-02-2017 12:38 M.Müşfiq (1908-1938) Bədr olmamış hilal 13-02-2017 12:18 Qloballasma prosesinin xarakterik xüsusiyyətləri 13-02-2017 11:57 Milli teatrda - “Qodo həsrətində” 13-02-2017 11:40 Aydın Dadaşov: Rac Kapur. Çarlz Çaplinin izi ilə + FOTO 10-02-2017 16:30 “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın'' 9-02-2017 12:26 Şeirlər 9-02-2017 10:04 Tamaşaçı itkisi... Qazanmaq daha çətin, itirmək daha asan. 8-02-2017 11:24 AMERİKA REJİSSORU, SƏNƏDLİ FİLMLƏR MÜTƏXƏSSİSİ LİSA LEEMANIN USTAD DƏRSLƏRİ BAŞLAYIB 6-02-2017 14:54 Фильм «Судья» о Тофике Бахрамове отмечает юбилей Московской премьере - 50 лет 6-02-2017 13:57 MİLLİ YADDAŞIMIZIN FƏRYADI 13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU

24-10-2016 17:42universitet
Müasir dövrdə Azərbaycan Respublikasının ərazisində müxtəlif etnoslar, müxtəlif dinin nümayəndələri bir-biri ilə sülh və qarşılıqlı əməkdaşlıq şəkilində yaşayırlar. Belə bir zamanda qloballaşma prosesindən kənarda qalmaq qeyri-mümkündür. Qloballaşma prosesi ilə milli dövlətçilik, milli-mənəvi dəyərlər prosesi arasında ziddiyyət də mövcuddur. Milli özünüdərk, milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu bir zamanda milli-mənəvi əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı və maraq daha da artmışdır. Çünki, qloballaşmanın ziddiyyətli gedişatından doğan bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.
ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU
Məlumdur ki, milli siyasət hər bir millətin dünya tarixindəki ictimai mövqeyini əks etdirən başlıca sahədir. O, milli məhdudluğa, milli özünəqapılmaya deyil, bir millətin digər millətlərlə qarşılıqlı əlaqələrinin tənzimlənməsinə xidmət edir. Milli siyasət milli hegemonluğu məqbul saya bilməz, eyni zamanda o, hər bir millətin (etnosun, milli azlığın) tarixi mövqeyini, milli-mənəvi hüquqlarını tam şəkildə qorumağa yönəldilir. Milli mədəniyyət milli siyasətin əsaslandığı, istinad etdiyi başlıca istiqamətlərdən biridir. Çünki o, digər sahələrə nisbətən milli psixologiyanı daha dolğun, dürüst və obyektiv əks etdirir.
Hər bir xalqın özünəməxsus xüsusiyyəti, milli-mənəvi dəyərləri həmin xalqın, həmin millətin pasportu hesab olunur. Müasir dövrdə qloballaşma prosesində milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı, mənfi və müsbət cəhətlərinə diqqət yetirməliyik. Müasir dövrdə mədəniyyətimizin təbliği və inteqrasiya prosesi son dərəcə önəmlidir. Qeyd etdiyimiz kimi ölkəmiz tarix boyu müxtəlif mədəniyyətlərin beşiyinə çevrilmiş, digər etnik nümayəndələrə qarşı hər zaman hörmət bəsləmiş, digər dini əqidələrə sitayiş edən insanlara tolerant münasibət bəsləmişdir.
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi təsadüfi xarakter daşımır. 21 noyabr 2013-cü ildə Yunanıstanın Saloniki şəhərində təşkil olunan Avropa Gənclər Forumunun Baş Assambleyasının qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan olunmuşdur. Gəncə şəhəri həm Müstəqil Dövlətlər Birliyi məkanında və həm də Avropa İttifaqına daxil olmayan ölkələr içərisində “Avropa Gənclər Paytaxtı” ünvanını əldə edən ilk şəhərdir.
Məlumdur ki, Avropa Gənclər Paytaxtı Avropa Gənclər Forumunun 2009-cu ildə həyata keçirdiyi beynəlxalq layihədir. Bu layihə çərçivəsində Avropanın gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri, 2010-cu ildə İtaliyanın Turin şəhəri, 2011-ci ildə Belçikanın Antverpen şəhəri, 2012-ci ildə Portuqaliyanın Braqa şəhəri, 2013-cü ildə Sloveniya Maribor şəhəri, 2014-cü ildə Yunanıstanın Saloniki şəhəri, 2015-ci ildə Rumıniyanın Kluj Napoca şəhəri, 2016-cı ildə isə ölkəmizin Gəncə şəhəri seçilmişdir. Həmçinin Avropa Gənclər Paytaxtı tituluna 2017-ci ildə Bolqarıstanın Varna şəhəri və 2018-ci ildə Portuqaliyanın Kaşkayş şəhəri layiq görülmüşdür.
Son dövrlərdə ölkəmiz bir sıra mühüm regional, qitə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. 29-30 sentyabr 2016-ci ildə yüksək səviyyədə təşkil olunan Beşinci Bakı Beynəlxalq Humanitar Forumu da bu tədbirlər içərisində mühüm bir əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında" 2016-cı il 24 fevral tarixli 1805 nömrəli Sərəncam imzalanmışdır.
Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 21 aprel tarixli 152 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı hazırlanmışdır. O cümlədən, Gəncə şəhəri 2017-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı statusuna da layiq görülmüşdür. Azəraycanın ən qədim şəhərlərindən biri olan Gəncə şəhəri ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatının tərəqqi etməsində mühüm rol oynamışdır. Hələ Orta əsrlərdən elm mədəniyyət və incəsənət mərkəzi kimi tanınan Gəncə şəhəri dünyaya Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dühalar vermişdir. Gəncə şəhəri həmçinin tarixi-memarlıq abidələri ilə də məşhurdur, bu abidələrə Comərd Qəssab türbəsini, Nizami məqbərəsini, Şah Abbas məscidini, Səlim karvansarasını, Çökək hamamını və başqalarını misal çəkmək olar. Qeyd edək ki, Azərbaycanın üçüncü böyük şəhəri olan Gəncə şəhəri müasir dövrdə də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Gəncədə bir sıra ali məktəblər, sənaye müəssisələri, parklar şəhərin sosial-iqtisadi göstəricilərinə və ictimai-siyasi vəziyyətinə önəmli bir təsir göstərmiş olur.
Gəncə “Avropa Gənclər Paytaxtı” titulunu əldə etdikdən sonra bu şəhərdə mütəmadi olaraq bir sıra uğurlu tədbirlər təşkil olunmuşdur. Yerli və beynəlxalq əhəmiyyətli bu tədbirlərə “Avropa Gənclər Festivalı”, “İntelektuallar” Gəncə 2016 – Avropa Çempionatı, Avropa Könüllülük Xidməti, “Dinlərarası dialoq üçün gənclər düşərgəsi”, “Canlı kitabxana”, “Gənc tədqiqatçıların Gəncə forumu”, “Avropa&Gəncə - Mədəniyyətlərin kəsişməsi” beynəlxalq festivalı, “Avropa Gənclər Paytaxtlarının (AGP) – orta təhsil modeli”, “Əmək Yarmarkası”, “Sosial Sahibkarlıq”, “Əl işləri yarmarkası”, “Gənclərin Karyera Avtobusu”, “Gəncə Rəqs Şəhəri” və digər layihələri misal göstərmək olar.
Bu silsilə tədbirlərə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də qoşulmuşdur. Universitetinin «SABAH» qrupunun tələbələrinin və estrada orkestrinin Gəncə şəhərinə qastrol səfərini də nümunə kimi göstərmək olar. Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-gənclər Estrada Orkestrinin konsertinin, III kurs «SABAH» qrupunun “Aktyor sənəti” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə tədbirlərin keçirilməsi haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tərəfindən 28 sentyabr 2016-cı ildə 242-l saylı əmr imzalanmışdır.
6-7 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gəncə - 2016 – cı il Avropa gənclər paytaxı layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «SABAH» qrupunun tələbələri və estrada orkestri qastrol səfəri baş tutub. Oktyabr ayının 6-da Universitetin III kurs «SABAH» qrupunun “Aktyor sənəti” ixtisası üzrə təhsil alan 11 tələbəsi əməkdar artist Nofəl Vəliyevin kurs rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşasını Gəncədə təqdim ediblər.
Əməkdar artist Nofəl Vəliyev Universitetin III kurs «SABAH» qrupunun “Aktyor sənəti” fakültəsi üzrə təhsil alan tələbələrin uğurlandan danışarkən bildirib ki, “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesində rol alan 11 tələbə hal-hazırda Viliam Şekspirin “Romeo və Culyetta” faciəsində də rol alıblar. Qrup üzvləri bölgələri gəzməklə yanaşı yeni əsər üzərində də məşqlərini davam etdirirlər.
7 oktyabrda isə Universitetin tələbə-gənclər estrada orkestri Gəncə şəhərində Azərbaycan, qərb və rus bəstəkarlarının əsərlərindən, həmçinin müxtəlif film soundtraklarından ibarət konsert proqramı ilə çıxış edib. Yüksək səviyyədə təşkil olunmuş bu konsertdə Estrada Orkestrinin solistləri Tamerlan Təhməzov, Nigar Hüseynli, Yusif Məmmədli, Eldar Safa, Cəlal Məlikli populyar estrada mahnıları ilə çıxış ediblər. Tələbə-gənclərin uğurlu ifasında səslənən Tofiq Quliyevin, Vaqif Mustafazadənin, Rauf Hacıyevin estrada mahnıları Gəncəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rəngarəng repertuarla çıxış edən Estrada Orkestrinin solistlərinin hazırladığı bu konsert proqramı seyrçilərdə xoş əhval-ruhiyyə yaradıb. Bildirək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-gənclərindən ibarət estrada-simfonik orkestrinin bədii rəhbəri və drijoru Allahyar Vəzirovdur. Konsert proqramında universitetin "Musiqi sənəti fakultəsi"nin 40-a yaxın tələbəsi çıxış etmiş və ADMİU-nun 15 nəfərlik orkestri gənc ifaçıları müşayiət etmişlər.
İki saata yaxın davam etmiş, bu proqram çərçivəsində gənc ifaçılar öz musiqi bacarıqlarını yüksək şəkildə nümayiş etdiriblər. ADMİU-nun "Musiqi sənəti" fakultəsinin dekanı Ellada Hüseynova tədbir haqqında öz fikirlərini bildirərkən qeyd etmişdir ki, "Biz Gəncədə çıxış etməkdən çox məmnunuq. Burada bizə göstərilən səmimi, qonaqpərvər münasibətdən çox şad olmuşuq. Bilirsiz ki, Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. Bu da təsadüfi deyil. Gəncə nə qədər qədim olsa da, gənclərin paytaxtı, gənclərin şəhəridir".
ADMİU-nun “Aktyor sənəti” fakültəsinin «SABAH» qrupunun III kurs tələbələrinin və estrada orkestrinin Gəncə şəhərinə qastrol səfəri uğurla başa çatmışdır. Səfərdə tələbə aktyorlala yanaşı «SABAH» layihəsində müəllimlərlə iş üzrə rəhbər İ. Rəhimova, ADMİU «SABAH» Mərkəzinin rəhbəri B. Məmmədbəyova, müəllimlər əməkdar artist N. Vəliyev və R. İsmayılov da iştirak etmişdir.
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «SABAH» qrupunun tələbələrinin iştirakı ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesi əsasında hazırlanan səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıbdır.
Tələbə aktyorlar bu tamaşa ilə Gəncədən öncə Mingəçevirdə tamaşaçıların qəlbinə yol tapıb. Gəncə şəhərindən sonra tamaşanın Şəki və Lənkəranda göstərilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssam-tələbələrin sərgisi də Gəncə şəhərində baş tutmuşdur. Digər proqramlarda olduğu kimi bu layihə də şəhər sakinlərinin böyük marağına səbəb olmuşdur. Bu layihə çərçivəsində ADMİU-nun rəssam-tələbələrinin istedadı, dünyagörüşü, bacarığı və yaradıcılıq qabiliyyəti sərgini seyr edənləri valeh etmişdir.
ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU
Ümumiyyətlə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkəmizdə mədəniyyətin, incəsənətin araşdırılmasında, tədqiq və təbliğ olunmasında mühüm bir yer tutur. Bu nöqteyi nəzərdən də ADMİU-nun tələbə və əməkdaşlarının müxtəlif tədbirlərdə çıxışı təqdirəlayiqdir. Qeyd edək ki, Universitetimizin tələbələri bir sıra regional və beynəlxalq tədbirlərdə də uğurla çıxış edir.
Ölkəmizin mədəniyyət siyasətində mütərəqqi mahiyyət kəsb edən dəyərlərə, mədəni inkişaf məsələlərinə böyük önəm verilməsi aktual bir əhəmiyyət kəsb edir
ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU

Ən çox oxunan

“XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ”
“XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ”
VƏTƏN DAŞI  VƏ  AĞRI  YADDAŞI
VƏTƏN DAŞI VƏ AĞRI YADDAŞI
“Ataya məktub”
“Ataya məktub”
BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU
BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU
Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti
Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti
Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu
Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu