XƏBƏR LENTİ

30-03-2017 13:29 ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА 16-03-2017 10:53 Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti 6-03-2017 13:47 “Ataya məktub” 6-03-2017 13:24 Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu 3-03-2017 14:43 BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU 24-02-2017 14:45 VƏTƏN DAŞI VƏ AĞRI YADDAŞI 24-02-2017 12:43 “XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ” 15-02-2017 15:09 Aqşin Babayev - “Səhnə. Ekran. Efir”. 14-02-2017 12:37 MİLLİ VİCDANIN QƏM İŞIĞI- Gülşən Əliyeva-Kəngərli 14-02-2017 12:25 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma 13-02-2017 12:38 M.Müşfiq (1908-1938) Bədr olmamış hilal 13-02-2017 12:18 Qloballasma prosesinin xarakterik xüsusiyyətləri 13-02-2017 11:57 Milli teatrda - “Qodo həsrətində” 13-02-2017 11:40 Aydın Dadaşov: Rac Kapur. Çarlz Çaplinin izi ilə + FOTO 10-02-2017 16:30 “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın'' 9-02-2017 12:26 Şeirlər 9-02-2017 10:04 Tamaşaçı itkisi... Qazanmaq daha çətin, itirmək daha asan. 8-02-2017 11:24 AMERİKA REJİSSORU, SƏNƏDLİ FİLMLƏR MÜTƏXƏSSİSİ LİSA LEEMANIN USTAD DƏRSLƏRİ BAŞLAYIB 6-02-2017 14:54 Фильм «Судья» о Тофике Бахрамове отмечает юбилей Московской премьере - 50 лет 6-02-2017 13:57 MİLLİ YADDAŞIMIZIN FƏRYADI 13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


Şeirlər toplusu

30-11-2016 11:00telebe
Ana

Həyatın mənası anadır,ana,
Yaşayan hər övlad borcludur ona.
Həsr edir ömrünü o,övladına,
Süd verir,saçını ağardır ona.

Canımdan əzizdir mənə öz anam.
Qayğımı çəkibdir,sevgiylə hər an.
Nəfəs,can bəxş edib analar bizə,
Dünyalar dəyişməm bu uca sözə.

Susqun insan.[center][/center]

Susqun insan,az danışan...
Düşünəcək heç nə bilmir,buna görə danışıb-dinmir,ona baxan,
Deməzdim ki,heç nə bilmir,bilmədiyi üçün də dinmir.
O,düşünür,çox düşünür...Həyatı zahirən deyil,daxilən duyaraq görür.
Çox düşünən,az danışar.Sanki,daxilən çalışar,
Nəticə nə?-Əqlindədir.
İstəyi nə?-Qəlbindədir.

Mən sıradan bir insanam.

Öz dünyam var,canlı canam.
Mən sıradan bir insanam.
Lap şah olsa atam,anam,
Mən sıradan bir insanam.

Həm qoca,həm də cavanam,
Həm müdrik,həm də avamam,
Həqiqi bir dünya quran,
Mən sıradan bir insanam.

Allaha doğru bir yolam.
Qapımdır,şükür və salam.
Danışan qəlb,susan lalam.
Mən sıradan bir insanam.

Müəllim

Zəhmətiniz çoxdur üzərimizdə,
Ey hüsnü əlçatmaz,uca müəllim.
Parlaq günəşsiniz qəlblərimizdə,
Aldığım bilikdir həyat təsəllim.

Bizə elm verib,təhsilləndirən,
Həyat yollarına düz yönləndirən,
Vətənə layiqli şəxsiyyət verən,
Sizsiniz bəşəri çiçəkləndirən,

Ömrünü şam kimi əritdin bizə,
Sevdirdin həyatı hər birimizə,
Uca dahilər də baş əyib sizə,
Fədakar əməyə,zəhmətinizə.

Olsaydım

Bir dərviş olsaydım,elləri gəzib,
Sevgini sovqattək bəxş eyləyərdim.
Bir durna olsaydım,səmada süzüb,
Bütün bu cahanı gözlə görərdim.

Bir çiçək olsaydım,ləçəklənərək,
Hər bahar aləmə ətir saçardım.
Bir açar olsaydım,həvəslənərək,
Bağlı qapıları bir-bir açardım.

Məndən soruşsalar həyat mənamı
Söyləyərdim,vətən,ata və ana.
Bir ovçu olsaydım,tüfəng açmazdım,
Balalı marala,bala ceyrana.

Bir yaşıl budaqlı küknar olsaydım,
Yoldan ötənlərə kölgə salardım.
Bir təbib olsaydım,təbabətimlə,
Xəstəni sağaldıb,nur bağışlardım.

Bir ağac olsaydım,kasıb bağında,
Hər il bar verərdim,sevindirərdim.
Bir şair olsaydım,əlimdə qələm,
Bəşər tarixini vərəqləyərdim.

Nədən düşündüyüm tək sən olmusan?

Bir sual verirəm özünə sənin,
Nədən düşündüyüm tək sən olmusan?
Bir anlıq gözümdən getmir gözlərin,
Nədən düşündüyüm tək sən olmusan?

Sənsiz ilham təbim ruhuma enmir,
Gözlərim yaşarır,qəlbim sevinmir,
Təbim coşmur,daşmır,dilimsə dinmir,
Nədən düşündüyüm tək sən olmusan?

Doğum gün təbrikə gəliblər məni,
Sənsiz yox məclisin dəyəri,şəni,
Gözlər kimsə görmür,axtarır səni,
Nədən düşündüyüm tək sən olmusan?

Bulağım,su çeşməm,quyummu səndən?
Ağılım,düşüncəm,huyummu səndən?
Cavab ver,çörəyim,suyummu səndən?
Nədən düşündüyüm tək sən olmusan?
Şeirlər toplusu
Əli Bünyadzadə
Kino və Televiziya fakültəsi
IV kurs

Ən çox oxunan

ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА  В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА
ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА