XƏBƏR LENTİ

30-03-2017 13:29 ТИФЛИССКИЕ АРМЯНЕ И АЗЕРБАЙДЖАНСКАЯ КУЛЬТУРА В ПРОИЗВЕДЕНИЯХ ГАБРИЕЛА СУНДУКЯНА 16-03-2017 10:53 Multikulturalizm – Türkün vətən əxlaqı mədəniyyəti 6-03-2017 13:47 “Ataya məktub” 6-03-2017 13:24 Ankarada “Molla Pənah Vaqif ili”nin açılışı oldu 3-03-2017 14:43 BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU 24-02-2017 14:45 VƏTƏN DAŞI VƏ AĞRI YADDAŞI 24-02-2017 12:43 “XOCALI UŞAQLARININ SON RƏSMLƏRİ” 15-02-2017 15:09 Aqşin Babayev - “Səhnə. Ekran. Efir”. 14-02-2017 12:37 MİLLİ VİCDANIN QƏM İŞIĞI- Gülşən Əliyeva-Kəngərli 14-02-2017 12:25 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma 13-02-2017 12:38 M.Müşfiq (1908-1938) Bədr olmamış hilal 13-02-2017 12:18 Qloballasma prosesinin xarakterik xüsusiyyətləri 13-02-2017 11:57 Milli teatrda - “Qodo həsrətində” 13-02-2017 11:40 Aydın Dadaşov: Rac Kapur. Çarlz Çaplinin izi ilə + FOTO 10-02-2017 16:30 “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın'' 9-02-2017 12:26 Şeirlər 9-02-2017 10:04 Tamaşaçı itkisi... Qazanmaq daha çətin, itirmək daha asan. 8-02-2017 11:24 AMERİKA REJİSSORU, SƏNƏDLİ FİLMLƏR MÜTƏXƏSSİSİ LİSA LEEMANIN USTAD DƏRSLƏRİ BAŞLAYIB 6-02-2017 14:54 Фильм «Судья» о Тофике Бахрамове отмечает юбилей Московской премьере - 50 лет 6-02-2017 13:57 MİLLİ YADDAŞIMIZIN FƏRYADI 13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


25 yaşlı ölkəm

21-11-2016 15:45telebe
25 yaşlı ölkəm
Mən Azərbaycan dövlət müstəqilliyinin 25 illiyi qeyd edildiyi dövrdə yaşayan bir gəncəm. Azərbaycan müstəqil olan dövrdə anadan olmuşam. Artıq ölkəmiz inkişaf etmiş dövlətlər içində öz mövqeyini təyin edib. Müstəqil olduqdan sonra bir müddət çətinlik çəkməyinə baxmayaraq, hazırda bu çətinliklər aradan qaldırılır. Xarici dövlətlərlə bağlanan müqavilələr və təbii sərvətlərimizin bolluğu yurdumuzu yenidən dirçəltmək üçün yardımçı olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin yaranmasında ilk addım 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin demokratik qüvvələrinin səyi ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”-nin qəbul edilməsi oldu. 1991-ci ilin oktyabrın 18-də isə Azərbaycan Ali Soveti xalqın tələbi ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”-nı qəbul etdi. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu müstəqillikdən bir qədər sonra 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında referendum keçirildi. Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. Bu müstəqillikdən sonra dövlətimizin keçməkeşli günləri başladı. Yeni müstəqil olmuş dövlətimiz 14 beynəlxalq təşkilata üzv qəbul edildi.
Dövlətimiz azadlığına qovuşduqdan sonra artıq yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox xarici dövlətlərlə yeni müqavilələr bağlandı. Bunlar müxtəlif məqsədlərin həyata keçirilməsinə hesablanmışıdır. Belə müqavilələrdən biri də 1994-cü ilin sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi”dir. Bu müqavilə XX əsrin sonunda 14 ölkənin 30 neft şirkəti ilə 57 milyardlıq sərmayə qoyuluşunu nəzərdə tutan bir müqavilə idi.
Dövlətimiz yalnız iqtisadi cəhətdən deyil, həm də mədəniyyət cəhətdən də inkişaf etmişdir. Ölkəmiz 1996-cı ildə XXVl Yay Olimpiadasında, 2000-ci ildə XXVll Yay Olimpiadasında uğurla iştirak etmişdir. Bunun ardınca 2000-ci ildə “Dədə Qorqud” dastanının 1300 illiyi qeyd edilmişdir.
Musiqi sahəsində də xeyli inkişafa nail olunmuşdur. Bunu 2011-ci ildə keçirilən Avroviziya musiqi yarışması da sübut etdi. Bu beynəlxalq yarışda ölkəmiz birinci yerə çıxaraq növbəti il yarışmanın Azərbaycanda keçirilməsinə nail oldu. 2015-ci ildə keçirilən Bakı Avropa Olimpiya oyunları yurdumuzun mədəni cəhətdən inkişaf etməsinin bariz nümunəsidir. İndi vətənimizdə İslam oyunlarına hazırlıq görülür. Yüzlərlə turist Azərbaycana axın edəcək və onun tarixi ilə yaxından tanış olacaqdır. Bizim də vəzifəmiz gələn turistlərə dövlətimizi layiqincə tanıtmaqdır...
25 illik müstəqillik illərində vətənimizin ciddi uğurlara imza atmasıyla yanaşı, həll olunması vacib olan Qarabağ problemi də var. İnanırıq ki, bu müharibə də türk birliyinin qələbəsi ilə nəticələnəcək.
Anar İsmayılov
ADMİU-nun Kulturologiya fakultəsi I kurs tələbəsi
(a qrup)

Ən çox oxunan