XƏBƏR LENTİ

13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV

27-10-2016 17:42telebe
AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV
Hər bir ölkənin mədəniyyət və incəsənəti onun qürur mənbəyidir.Sözsüz ki bütün dünya ölkələrini onların incəsənətinin səviyyəsinə uyğun olaraq sıralasaq Azərbaycan təbii dir ki ilk 10- luq da bəlkədə ilk 5 likdə qərar tutar. Mədəniyyət və incəsənət məhfumu olduqca genişdir. Mədəniyyət uzun əsrlər boyu müxtəlif proseslər nəticəsində mürəkkəb inkişaf mərhələsi keçərək hal hazırki durumuna gəlib çatmışdır. Xalqımız əsrlər boyu öz adət ən ənəsini öz incəsənətini qoruyub saxlayıb. Biz bir xalq olaraq təqdirə layiqik hətta mən deyərdim alqışa layiq. Baxmayaraq ki uzun əsrlər boyu ölkəmiz müstəqillik hissini dada bilməyib, müxtəlif xalqların əsarəti altında qalsada bu hal bizim incəsənətə öz təsiri göstərməmişdir. Qədim dövrlərdən ölkənin xalçaçılıq, miniatür , zərgərlik sənəti, muğamı öz aktuallığını hal hazırki 21 ci əsrdədə qorumaqdadır. Bu bir xalq olaraq bizim nədərəcədə güclü olmağımızın sübutudur. Dünya yarandığı dövrdən bəri insanlar iki tipə bölünüblər : Alim və cahil daha doğru desək xəbərdar və xəbərsiz olan insanlar. Xəbərdar olan insanlar ölkədə baş verən bütün prosesesləri bilib onları analiz edir , xəbərsizlər isə nə olar-olar deyərək həyatlarını sürüblər. Hal hazırda ölkədə nəqədər mədəniyyət və incəsənəti dərk edən onu analiz edən və digər dünya ölkələri ilə müqaisə edən insanlar var sa , bir o qədər də mədəniyyət məhfumunu anlamayan incəsənətin nə üçün mövcud olduğunu bilməyən avam insanlar da nə yazıq ki çoxluq təşkil edir. Bu əslində həmən avam insanların onların valideynlərinin günahı deyil bu sırf olaraq kütləvi informasiya vasitələrinin , televiziyanın günahıdır. Mədəniyyət və incəsənətin nə olduğunu bilmək üçün mütləq şəkildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını və yaxud da Azərbaycan Dövlət Mədəniyyət və İncənəsət universitetini bitirmək şərt deyil. Səttar Bəhlulzadə, Ömər Eldarov, Tahir Salahov kimi dahi şəxsiyyətləri yazıçı, kompozitor, müğənni kimi tanıyan gəncdə də deyil günah. Günah o gənci məlumatsız qoyan ona boş boş informasiyalar ötürməklə məşqul olan televiziya kanallarındadır. Bildiyimiz kimi Azərbaycan multikultural bir ölkədir və bizim ölkəyə dünyanın dörd yerindən milyonlarca turistlər qonaq gələrək bizim ilk olaraq mədəniyyətimizi və incəsənətimizi öyrənməyə , öz ölkələri ilə müqaisə etməyə çalışırlar. Ölkənin televiziya kanallarında ki abu hava nağıllar dünyasına bənzəyir. Televiziya kanallarını şadlıq saraylarından ayırmaq artıq müşkül məsələdir, sanki Azərbaycan respublikası bu dövlət yalnız toy haqda düşünür. İstənilən telekanalı, istəniləs saat da izləsək biz bunun şahidi oluruq. Sanki bir kabab çatışmır birdə ki aş. Bu olduqca acınacaqlı problemin həlli əslində 14 fevral 2011 ci il saat 20:30 düzəlmə li idi. Ölkənin ilk Mədəniyyət kanalı fəaliyyətə başlayacaqdır həmin gün . Sanki bütün gün efirdə, ölkədə keçirilən sərgilər haqda Azərbaycanın incəsənətə öz töhvələrini vermiş dahi şəxsiyyətləri haqda verilişlər hazırlanaraq yayınlanacaq deyə düşündüm lakin.. İlk günlər mədəniyyət kanalı yalnız mədəniyyət və incəsənətlə bağlı verilişlər hazırlasa da sonradan həmin verilişlər müxtəlif lazımsız kinolarla əvəz olunmağa başladı. Bu məqalədə məqsədim onsuz pis və acınacaqlı vəziyyətdə olan televiziyanı daha da yıxıb sürümək deyil , məqsəd həmin kanallara bir azca ideya verməkdir. Azərbaycan xalqı həqiqətən möhtəşəm fantaziyaya malik olan bir xalqdır. Əgər belədir sə nə səbəbdən bizim öz təxəyyülümüzün məhsulu olan verilişlərimiz yoxdur? Mədəniyyət və incəsənəti zəif olan xalq öz mədəniyyət kanalında kino verməklə bu zəifliyi ört basdır edər axı bizim ölkədə bu belə deyil ! Azərbaycanın xalçalarını , Səttar Bəhlulzadə, Tahir Salahovun işlərini görmək üçün xaricilər əldən ayaqdan getsələrdə bizim insanlarda buna maraq yoxdur. Bu normal bir haldır axı o insanların kim olduqlarını heç bir yerdən eşitməyən xəbərsiz insanlar nə etsinlər? Sabah ölkəyə canla başla dəvət edib qarşıladığımız xarici bizim vətəndaşımızdan –mənə bir rəssamınızın adını çək onun işlərinə baxım deyə soruşsa və cavab verə bilməsək biz nə hala qalarıq? Kütləvi informasiya vasitələri dedikdə niyə məhz televiziyanı nəzərdə tutduğumun əsas səbəbi var. Qəzetdən , jurnaldan fərqli olaraq televiziya və pult bütün insanlarımızda var və hər kəs daim oradan informasiya qəbul edir. Toy da mədəniyyətdir düzdür lakin hər gün hər saat hər saniyə də toy olmaz axı. Mədəniyyət kanalları ilə yanaşı digər televiziya kanallarımız öz qrafiklərinə sənədli filmlər, mədəniyyət və incənəsət verilişləri üçün həftədə cəmi 1 saat ayırsa mən əmin edirəm ki səviyyə baxımından irəlləyiş nəzərə çarpar. Rəssamın sərgilərdə az iştirak etməsinin səbəbi insanların bu sərgidən xəbərsiz olmasıdır. Əgər vətəndaşlar o rəssamı tanısa onun işlərini heç olmasa bircə dəfə televiziyada görsələr onda o əsəri canlı görmək üçün daxilində şövq yaranar və sərgiyə baş çəkərlər. Efirə hündür oğlanlar və gözəl qızlar əvəzinə birəz savadlı şəxslər dəvət olunarsa, toylara şadlıqlara bir az fasilə verilərsə və yeni-yeni layihələr üzərində efirlər çalışarsa bu həm incəsənətimizin həm də ki əksəriyyət təşkil edən avam xalqımızın inkişafı üçün zəmin yaranar.

Ən çox oxunan

Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası?
Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası?